Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İsrailin İranda hədəfə aldığı hərbi obyektlərin adları açıqlanıb
İsrail hava qüvvələrinin İranda zərbə endirdiyi hərbi obyektlərin, SEPAH-ın bir sıra postlarının, eləcə də Tehranda yerləşən mühüm hərbi infrastrukturların adları açıqlanıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı "Araz News"a istinadla xəbər yayıb.
Məlumata görə, hərbi obyektlər arasında Həsən Xan qalası ərazisindəki Qədiri postu, Bidgənə kəndində Fələq, İmam Əli postu, Tehran əyalətindəki Hakimiyə bölgəsindəki post, Rey şəhərindəki kazarma, Əbülfəth kazarması, o cümlədən radar və S-300 raket sistemlərinin yerləşdiyi Şəhid Babayi bazası var.
Qeyd olunub ki, hələlik hücumlar zamanı dəymiş ziyanın məbləği bəlli deyil.
Tehranın cənubunda, Şəmsabad sənaye şəhərində yerləşən "Taksaz" zavodu da İsrailin hava zərbələrindən zərər çəkib.
Bu barədə "Azad İran" "Telegram" xəbər verib.
Bildirilib ki, hücumdan sonra bu əraziyə gedən bütün giriş yolları güc strukturları tərəfindən bağlanıb.
Qeyd olunub ki, dəymiş ziyanın dəqiq məbləği hələ açıqlanmır, lakin yolların bağlanması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bu məkanın İranın hərbi infrastrukturunda əhəmiyyətli olduğunu göstərir.
Zavodun zərbələrdən sonrakı vəziyyətini əks etdirən görüntülər yayılıb:
"İsrailin İrana hücumu" teqi üzrə xəbərlər
- İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər
- İran rejimi çətin seçim qarşısında
- İsrailin hücumlarından sonra İranda tədqiqat stansiyasında partlayışın peyk görüntüləri yayılıb
- İsrailin zərbəsi nəticəsində İranda daha bir hərbçi öldü
- İsrailin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı artıb
Rəylər