İranın paytaxtı Tehranın hava hücumundan müdafiə sistemləri İsraillə birbaşa münaqişə başlayandan bəri ilk dəfə gündüz saatlarında işə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-ın müxbiri bildirib.
Qeyd edilir ki, Tehranın mərkəzində partlayış səsləri eşidilir, zenit sistemləri işləyir.
"NourNews" agentliyinin məlumatına görə, İranın Hava Hücumundan Müdafiə sistemləri İsrailin Tehrana zərbələrinin qarşısını alır.
Agentliik təfərrüatı açıqlamır.