SkyWest Airlines aviaşirkətinin təyyarəsi Los-Ancelesin (ABŞ) beynəlxalq hava limanında təcili eniş etməli olub.
Oxu.Az xəbər verir ki, hava limanına yaxınlaşan təyyarənin sol şassinin buraxılması mexanizmi işə düşməyib.
Ekipaj təyyarəni füzelyajın üzərində endirmək qərarına gəlib. Təyyarənin göyərtəsində olan 40 sərnişindən heç biri xəsarət almayıb.