Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Təl-Əvivin mərkəzində bıçaqlı hücum: Ölən və yaralananlar var
İsrail paytaxtının populyar turizm rayonunda hücum baş verib. Bıçaqla silahlanmış bir kişi piyadaların üzərinə hücum çəkərək, onlara çoxsaylı yaralar yetirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə 360.ru xəbər yayıb.
Bildirilir ki, hücum nəticəsində dörd nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerinə gələn polis və xüsusi xidmət orqanlarının əməkdaşları cinayətkarı tez bir zamanda zərərsizləşdirə biliblər.
Məlum olub ki, bıçaqla hücum edən şəxs mərakeşəsilli ABŞ vətəndaşı olub. O, cəmi bir neçə gün əvvəl, yanvarın 18-də turist vizası ilə İsrailə daxil olub.
Polis hadisəni terror aktı kimi qiymətləndirib. Araşdırmalar davam edir.
"İsrail" teqi üzrə xəbərlər
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- Daha bir dövlət İsraildəki səfirliyini Qüdsdə açacaq
- İsrail Cənubi Livandan demək olar ki, bütün qoşunlarını çıxarıb
- "Haber Global"da ABŞ dövlət katibinin İsrailə səfərinə həsr olunan süjet yayımlanıb
- ABŞ İsrailə ağır bombalar göndərib