Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Turan Tovuz" heyətini braziliyalı hücumçu ilə gücləndirib
"Turan Tovuz" xeyli müddətdir danışıqlar apardığı Jo Batista ilə anlaşıb.
Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, buna kimi Rəhim Sadıxov, Anton Kraçkovski, Orxan Əliyev və Kauanla müqavilə bağlamış əyalət təmsilçisi braziliyalı hücumçunu artıq düşərgəsinə gətirib. 29 yaşlı "sambaçı" ilə 2.5 illik müqavilə imzalanıb.
Sözügedən forvard indiyədək 13 klubun formasını geyinib. "Uniao Sao Joao", "Moqi Mirim", "Marília" "Kapivariano", "Taubate", "Frankana", "Komersial-MS", "Linens", "Mito HolliHok", "Yuventus Yaraqua", "Anqra dos Reys" və "Sportinq Kovilha"nın uğurları üçün tər töküb.
Qeyd edək ki, Cənubi amerikalı 2022-ci ildən "Çaves"in uğurları üçün tər tökürdü. Portuqaliyanın I Liqasını tərk edən "Çaves" müəyyən təzminat qarşılığında onunla yollarını ayırmağa razılaşıb.
"Turan Tovuz FK" teqi üzrə xəbərlər
- İsveçrə klubunun futbolçusu Azərbaycan millisinə dəvət olundu
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- AFFA yenidən "Turan Tovuz" klubunu cəzalandırdı
- 21 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi bəlli oldu
- "Neftçi"nin təcrübəli yarımmüdafiəçisi zədə səbəbindən millinin Haiti ilə oyununu buraxa bilər