Son məlumata görə, terrorçular tərəfindən Kilislə Hataya atılan raketlərin sayı 6-ya çatıb.
Nəticədə bir nəfər şəhid olub, 10 nəfər yaralanıb.
Türkiyənin baş nazir Binəli Yıldırım isə “Bu ana qədər terrorçular tərəfindən Afrindən ölkəmizə - Kilisə, Hatay-Reynanlıya 82 dənə raket atılıb. Nəticədə də 5 vətəndaşımız həyatını itirib, 100-dən artıq isə yaralımız var” - deyib.
12:42
Suriyanın Afrin bölgəsindən Türkiyə ərazisinə daha dörd raket atılıb.
Oxu.Az-ın xəbərinə görə, terrorçular əvvəlcə iki raket Kilisə, daha sonra isə Hatayın Reyhanlı qəsəbəsində yerləşən bir evin bağçasına və sənaye şirkətinə iki raket zərbəsi endiriblər.
Hər iki hadisədə ölü və yaralıların olmadığı bildirilir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az