Liviya sahillərində immiqrantların olduğu gəminin batması nəticəsində 90 nəfərin boğularaq öldüyü bildirilir.
Oxu.Az-ın xəbərinə görə, Beynəlxalq İmmiqrasiya Təşkilatı məlumatı təsdiqləyib.
İki liviyalı və səkkiz pakistanlının cansız bədənlərinin sahilə çıxdığı, iki nəfərin üzərək xilas olduğu, bir nəfərin balıqçılar tərəfindən xilas edildiyi bildirilib.