Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Tesla" ABŞ-də 9000-dən çox avtomobili geri çağıracaq
Elektrikli avtomobil istehsalçısı "Tesla" şirkəti qəza riskini artıra bilən dam örtüklərinin düzgün quraşdırılmaması səbəbindən 9000-dən çox "Model X" yolsuzluq avtomobilini ABŞ bazarından geri çağırmaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters"ə istinadən məlumat yayıb.
Bu avtomobillərin ön və orta dam panelləri düzgün bərkidilməyib, bu da onların avtomobilin kuzovundan ayrılmasına və qəzaya səbəb ola bilər. "Tesla" avtomobil sahiblərinə heç bir ödəniş etmədən dam örtüyünü yoxlayacaq və problemi həll edəcək.
2024-cü ilin birinci yarısında "Tesla" təhlükəsizlik problemlərinə görə artıq ABŞ-də 2.6 milyona yaxın avtomobili geri çağırıb.
"Avtomobildə nasazlıq" teqi üzrə xəbərlər
- Yeni Çin avtomobili, yoxsa işlənmiş alman maşını? - Ekspertdən izahlı açıqlama
- Avtomobilinizi yavaş-yavaş məhv edən gündəlik vərdişlər hansılardır?
- Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir?
- "Lada" avtomobillərinin təhlükəsizlik yastıqlarında ciddi defekt aşkarlandı
- Yeni avtomobili olanların NƏZƏRİNƏ - Nələri etməməlidirlər?