Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Lion" oyunçularının əksəriyyətini satışa çıxarıb
Fransanın "Lion" klubu maliyyə problemlərinə görə oyunçularının əksəriyyətini satışa çıxarıb.
Oxu.Az bu barədə "L'Equipe"ə istinadən xəbər verir.
Fransa komandasının rəhbərliyi bütün oyunçulara və onların agentlərinə yaxşı təklif gələcəyi təqdirdə onların satıla biləcəyi barədə məktub göndərib. Avropa klubları da oxşar bəyanatlar alıblar.
Futbolçuların satışı komandanın üzləşdiyi maliyyə problemləri ilə bağlıdır. Bundan əvvəl Fransa klublarının maliyyə monitorinqinə cavabdeh olan qurum qərar vermişdi ki, "Lion" yay transfer pəncərəsinin sonuna kimi futbolçuların satışından 100 milyon avro qazanmalıdır. Sövdələşmənin həyata keçiriləcəyi son gün avqustun 31-dir, yəni klubun qərarı icra etmək üçün iki həftədən az vaxtı qalıb.
Fransa yığmasının əsas heyətdə yer alan bütün futbolçularının ümumi qiyməti 261.5 milyon avrodur (təxminən 495.4 milyon manat). Fransa çempionatının ötən mövsümündə "Lion" turnir cədvəlində altıncı yeri tutub.
"Lion FK" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqası: "Lion" - "Mançester Yunayted" oyununda dörd qol vuruldu
- Avropa Liqasının dörddəbir final mərhələsinin oyunlarını hansı kanallardan izləmək olar?
- "Barselona" mart ayında aktivinə ümumilikdə 64 xal yazdırıb
- UEFA Avropa Liqası: Dörddəbir final mərhələsinin oyunları keçiriləcək
- "Lion"un futbolçusu UEFA Avropa Liqasında rekorda imza atdı