Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Teylor Sviftin dəstəyi Harrisin ziyanına oldu
Müğənni Teylor Sviftin prezidentlik yarışında ABŞ-nin vitse-prezidenti Kamala Harrisə dəstək verdiyini açıqlaması cəlb etdiyindən daha çox seçicini uzaqlaşdırıb.
Oxu.Az xəbər verir ki, bunu "ABC" telekanalının "Ipsos" sosioloji xidməti ilə birgə keçirdiyi sorğunun məlumatları göstərir.
Onun sözlərinə görə, respondentlərin 13%-i Sviftin bəyanatından sonra qarşıdan gələn seçkidə Harrisi dəstəkləmək ehtimalının daha az olduğunu bildirib, 6%-i isə Sviftin dəstəyindən sonra Harrisə daha çox səs verəcəyinə inanır. Sorğu iştirakçıları bildiriblər ki, ABŞ-li müğənninin açıqlaması onların bu və ya digər namizədə səs vermək istəyinə heç bir şəkildə təsir etməyəcək.
Xatırladaq ki, Harrisin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampla debatından sonra Svift prezident seçkisində Harrisə səs verəcəyini açıqlayıb. Svift hesab edir ki, ABŞ-nin hazırkı vitse-prezidenti ölkəni daha çox şeyə nail ola biləcəyi sabit və istedadlı liderdir.
Qeyd edək ki, bundan əvvəlki prezident seçkisində sosial şəbəkə auditoriyası milyonlara çatan Svift demokrat Co Baydeni dəstəkləmişdi.
"ABŞ-də prezident seçkisi" teqi üzrə xəbərlər
- ABŞ-də Trampın üçüncü müddətə necə qala biləcəyi açıqlandı
- Demokratların Bayden barədə gizli planı: Qrim, teleprompter və prezidentin ölümünə hazırlıq
- Tramp seçicilərdən vətəndaşlıqlarının sübutunu tələb edir
- ABŞ-li demokrat konqresmen Trampın Konqresdəki çıxışını kəsdi, zaldan çıxarıldı
- Tramp inaqurasiyadan sonra Putinlə bağlı tapşırıq verdi