Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Timoşenko məğlub oldu, Zelenski ikinci tura keçdi
Ukraynada prezident seçkilərinin ikinci turuna “Xalqın xidmətçisi” partiyasının başçısı Vladimir Zelenski və hazırkı prezidenti Pyotr Poroşenko keçib.
TASS-ın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, seçki bülletenlərinin 97,48 faizinin hesablanmasından sonra adıçəkilən iki namizəd avtomatik olaraq ikinci mərhələyə “vəsiqə” qazanıb. Onlar hesablanmış səslərin müvafiq ardıcıllıqla 30,24 və 15,93 faizini toplayıb.
Digər seçki iştirakçıları, o cümlədən, elektoratın 13,39 faizinin etimadını qazanmış keçmiş baş nazir Yuliya Timoşenko lazımi qədər səs toplamadığına görə seçkilərin ikinci turunda iştirak etməyəcək.
Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ilk mərhələsi martın 31-də keçirilib. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyinə görə prezidentin kimliyinə ikinci mərhələdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, seçkilərin ikinci turu aprelin 21-də keçiriləcək.
Rəylər