Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əlcəzairin 82 yaşlı lideri nə vaxt istefa verəcəyini açıqladı
Əlcəzairdəki kütləvi etiraz dalğasından sonra ölkə prezidenti Əbdüləziz Buteflika mandatı bitməmiş istefa verəcəyini bəyan edib. Əbdüləzizin cari prezidentlik müddəti aprelin 28-də başa çatır.
Bu barədə BBC yerli KİV-ə istinadən məlumat yayıb.
20 ilə yaxın hakimiyyətdə olmuş 82 yaşlı Əlcəzair lideri istefa verməzdən əvvəl dövlət qurumlarının fəaliyyətinin davam etdirilməsini təmin etmək üçün bir sıra addımlar atacağını bildirib.
Xatırladaq, Əlcəzairdə fevralın 22-dən bəri Buteflika hökumətinə qarşı irimiqyaslı aksiyalar keçirilib. Kütləvi etirazlardan sonra ölkə prezidenti beşinci müddətə prezidentliyə namizədliyini irəli sürməyəcəyinə söz vermişdi.
Hökumət narazılığa səbəb olan problemlərin aradan qaldırılması üçün ümummilli konfrans təşkil etməyi öhdəsinə götürmüşdü.
Rəylər