Məşhur yumorist, erməni Qarik Martirosyan “RUSARMİNFO”ya müsahibəsində bildirib ki, aprelin 24-nü o və həmkarları İrəvanda keçirəcəklər, Oxu.Az xəbər verir.
“Bu il mən Comedy Club-un bütün iştirakçıları ilə İrəvanda olacağam. Təkcə səhnədə çıxış edən məşhur aktyorlar yox, həm də prodüserlər, redaktorlar gələcəklər. Matəm mərasimində iştirak etmək üçün TNT-nin Baş direktoru İqor Mişin də Ermənistana gələcək”, - deyə, Martirosyan bildirib.
Comedy Club-un komandası TNT-nin Baş direktoru İqor Mişinin dəstəyi və telekanalın ulduzlarının iştirakı ilə aprelin 24-də 1915-ci ilin hadisələri haqqında informasiya çarxı göstərəcək.
“Cümə günü, aprelin 24-də Comedy Club ləğv olunacaq. Onun əvəzinə efirə 10 dəqiqəlik film gedəcək. Həmin filmdə fiziki baxımdan imkanı olan bütün TNT ulduzları çəkilib. Bu, təkcə ölənlərin xatirəsini yad etmək yox, həm də TNT-yə baxan və Osmanlı imperiyasında “erməni soyqırımı” haqqında heç nə bilməyənlər üçün informasiya təbliğatıdır”, - deyə, Comedy Club-un rezidenti bildirib.
Martirosyanın rəyinə görə, “erməni soyqırımının” 100-cü ildönmünü informasiya məkanında yaymaq və bunu ilk növbədə ermənilərin “dəhşətli faciəsi” haqqında heç nə bilməyən gənclər, teletamaşaçılar üçün etmək lazımdır.
Qeyd edək ki, 2015-ci il aprelin 24-də ermənilər guya Osmanlı Türkiyəsində 1915-ci ildə törədilmiş qondarma “erməni soyqırmınını” 100-cü ildönümünü qeyd etməyi planlaşdırırlar.