Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tokayev: “Səlahiyyət müddətimi azaltmağa və növbədənkənar prezident seçkisinə getməyə hazıram”
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkisinin bu ilin payızında keçirilməsini təklif edib.
“Bu ilin payızında növbədənkənar prezident seçkisinin keçirilməsini təklif edirəm. Ədalətli Qazaxıstan quruculuğu yolunda köklü və hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün yeni ictimai etimad mandatı lazımdır.
Mənim üçün dövlətin maraqları hər şeydən üstündür. Ona görə də səlahiyyət müddətimi qısaltmağa hazıram. Ona görə də mən səlahiyyət müddətimi qısaldıb növbədənkənar prezident seçkisinə getməyə hazıram”, - deyə Tokayev Qazaxıstan xalqına müraciətində bildirib.
Tokayev həmçinin prezident mandatının bir dəfə, yeddi il müddətinə məhdudlaşdırılmasını və təkrar seçkinin qadağan edilməsini təklif edib.
O, həmçinin iğtişaşların təşkilatçıları və dövlətə xəyanətdə və hakimiyyəti zorakılıqla dəyişməyə cəhddə ittiham olunanlar istisna olmaqla, yanvar aksiyalarının iştirakçılarına amnistiya elan edib.
Mənbə: Kazakhstan Today
"Kasım-Jomart Tokayev" teqi üzrə xəbərlər
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Baş katib: "Azərbaycan sədrliyi AQEM-in səmərəliliyinin artırılmasını hədəfləyir""
- Qazaxıstan daha iki AES-in inşasına başlamağı planlaşdırır
- Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"
- Qazaxıstan prezidenti ömürlük həbs cəzasını nəzərdə tutan qanun imzaladı