Tokioda “JAL-516” ilə toqquşan nəqliyyat təyyarəsinin altı ekipaj üzvündən beşinin öldüyü təsdiqlənib.
Bu barədə yerli NHK telekanalı məlumat verib.
Bildirilir ki, təyyarə komandiri yaralıdır, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə “JAL-516”dan sərnişinlərin təxliyəsi ilə bağlı görüntülər yayılıb.
15:40
Tokionun Haneda hava limanına eniş edən “Japan Airlines”ə məxsus sərnişin avialayneri Sahil Mühafizəsinə məxsus DHC-8 hərbi-nəqliyyat təyyarəsi ilə toqquşub. Nəticədə nəqliyyat təyyarəsinin dörd heyət üzvü həlak olub.
Bu barədə yerli NHK telekanalı xəbər yayıb.
Bildirilir ki, “JAL-516”da ümumilikdə 367 sərnişin olub. Onların hamısı təxliyə ediliblər.
Sosial şəbəkələrdə yanan təyyarənin göyərtəsindən kadrlar paylaşılıb.
Həmin görüntüləri təqdim edirik:
14:01
Tokionun Haneda hava limanında uçuş-enmə zolağında Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsi yanır.
Məlumata görə, təyyarənin mühərriklərindən biri alışıb.
Alovun eniş anında başladığı qeyd edilir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Ehtimallara görə, hava gəmisində 300 sərnişin ola bilər, onların taleyi ilə bağlı hələlik məlumat yoxdur.
Mənbə: NHK