Tokioda qatarda sərnişinlərə hücum edərək 10 nəfəri bıçaqlayan şəxs motivlərini açıqlayıb.
Bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, 36 yaşlı işsiz kişi xoşbəxt bir qadın görəndə onu öldürmək istədiyini deyib. Eyni zamanda, kimin qurban olacağı onun üçün maraqlı deyil. Cinayət yeri kimi metronu seçməsinə səbəb isə oradan qaçmağa yerin olmaması imiş.