Rusiyanın İstintaq Komitəsi, “Total” konserninin prezidenti Kristof de Marjerinin həlak olduğu Falson təyyarəsinin Vnukovada aviaqəzası ilə əlaqədar stajor-dispetçer Svetlana Krivsuna qarşı ittiham irəli sürüblər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Krivsun “iki və ya daha çox insanın ölməsi ilə nəticələnən hava nəqliyyatı vasitəsinin hərəkət və istismarı üzrə təhlükəsizlik qaydalarını pozması”nda ittiham edilir.
Krivsun ev həbsi altındadır.
Qeyd edək ki, 21 oktyabrda baş vermiş qəzanın qurbanı dörd Fransa vətəndaşı olub.
A.İ.