Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Vnukovo” aeroportunun dörd əməkdaşı saxlanılıb
“Vnukovo” aeroportunun dörd əməkdaşı saxlanılıb və Total neft şirkətinin başçısının həlak olduğu aviaqəza üzrə açılmış cinayət işinə görə dindirilib, Oxu.Az BBC-yə istinadən xəbər verir.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinin bildirdiyi kimi qartəmizləmə işlərinə rəhbərlik edən aerodrom xidmətinin aparıcı mühəndisi Vladimir Ledenyov, uçuşlara rəhbərlik edən Roman Dunayev, stajor-dispetçer Svetlana Krivsun və aviaqəza zamanı hava hərəkətinə rəhbərlik edən dispetçer Aleksandr Kruqlov saxlanılıb.
“İstintaq ehtimal edir ki, göstərilən şəxslər uçuşların təhlükəsizlik tələblərini və quru işlərinin yerinə yetirilməsini təmin etməyib, bu isə faciə ilə nəticələnib. Saxlanılan şəxslər şübhəli qismində dindirilib”, - İnterfaks Markindən sitat gətirib.
Qeyd edək ki, Falcon-50 təyyarəsi ikinci gün gecə, uçuş xəttinə çıxmış qartəmizləyən maşın ilə toqquşub. Dörd nəfər həlak olub, onların arasında Total neft şirkətinin prezidenti Kristof de Marjeri də olub.
İkinci gün səhər qartəmizləyən maşının sürücüsü Vladimir Martınenko həbs olunub.