Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda törədilən qətlin – ŞOK SƏBƏBİ + VİDEO
Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla öldürülməsi müəyyən edilib və o, saxlanılıb.
P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş.
O, kiçik bacısından bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib.
Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb.
Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.