Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Toyota" ən qədim idman kupesini "dirildəcək"
Yaponiya avtomobil istehsalçısı "Toyota" məşhur "Celica" modelini yenidən istehsal etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Motor1.com məlumat yayıb.
"Toyota"nın "Celica"nı yenidən istehsal edəcəyi barədə xəbərlər ilk dəfə 2023-cü ildə yayılmışdı.
Həmin vaxt Yaponiyada keçirilən avtoralli çərçivəsində "Toyota"nın direktorlar şurasının sədri Akio Toyoda bu modelə olan sevgisindən bəhs etmişdi. Bunun ardından, aprel ayında vəzifəyə başlayan "Toyota Motor"un yeni prezidenti Kodzi Sato "Celica"nı yenidən istehsal etməklə bağlı istəklərini ifadə etmişdi.
Beləliklə, "Toyota Celica" sevənlər üçün əfsanəvi modelin geri dönüşü reallaşacaq.
"Toyota" teqi üzrə xəbərlər
- "Toyota"nın nadir idman avtomobili hərraca çıxarılıb
- "Toyota" üçün avtomobil hissələri istehsal edilən zavodda güclü partlayış
- Bakıya gətirilən bahalı avtomobillər yandı
- "Toyota"nın Çin versiyasını əldə edənlər bunları bilirmi? - Uyğunsuzluqlar, zəmanətin olmaması...
- "Ford F-150" artıq ABŞ-də ən çox satılan avtomobil deyil: Birinci yeri hansı brend ələ keçirdi?