Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Toyota"nın ən etibarlı mühərriki hansıdır?
"Toyota"nın ən etibarlı mühərrikinin adı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə zr.ru-da məlumat verilib.
Bu, 2.5 litr həcmli 2AR-FE-dir. Onun resursu ən azı yarım milyon kilometrdir.
"Ölkənin Avropa hissəsində geniş yayılmış modellərə 2.5 litr həcmli 2AR-FE mühərrikləri quraşdırılırdı. Bunlar "Camry" (XV40, XV50 və XV70) sedanları və "RAV4" (XA30, XA40) krossoverləri idi. Bu mühərrik yarım milyon kilometr yol qət edə bilər", - məlumatda deyilir.
Mühərrik əgər onu həddindən artıq qızdırmasanız, keyfiyyətli yanacaqla doldursanız və avtomobili yüngül rejimdə istismar etsəniz 500 000 kilometr yol qət edə bilər.
Bundan əvvəl "Fit Service" beynəlxalq avtomobil xidməti şəbəkəsinin texniki direktoru Nikita Rodionov bildirmişdi ki, avtomobil mühərrikində yağın yüksək səviyyəsi onun azalması qədər təhlükəlidir və avtomobilin müxtəlif nasazlıqlarından xəbər verə bilər.
Rəylər