Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Toyota" Rusiyada avtomobillərini geri çağırır
"Toyota Motor" şirkəti Rusiyada 195 "Toyota Alphard" avtomobilini geri çağırır.
Oxu.Az xəbər verir ki, onların VIN nömrələri "Rosstandart"ın saytında qeyd olunub.
Bildirilib ki, xidmət kampaniyası 30 sentyabr 2020-ci ildən 31 mart 2021-ci il tarixinədək satılan minivenləri əhatə edir.
"Toyota" müəyyən edib ki, bu avtomobillərdəki kapotun moldinqi (ucluğu) bərkidicilərdəki konstruksiya qüsurları səbəbindən temperaturun dəyişməsi ilə deformasiyaya uğraya bilər. Bu, çatların əmələ gəlməsinə və moldinqin bərkidicilərinin zəifləməsinə səbəb ola bilər.
"Ona görə də moldinq bu vəziyyətdə istifadə olunmağa davam edərsə, o, yüksək sürət altında hərəkət zamanı nəqliyyat vasitəsindən ayrılaraq digər nəqliyyat vasitələri üçün ciddi problem yarada bilər", - deyə məlumatda bildirilib.
Avtomobil sahibləri pulsuz təmir işlərinin həyata keçirilməsi üçün diler mərkəzlərinə dəvət olunacaqlar. Minivenlərdə kapot moldinqləri dəyişdiriləcək.
"Avto-moto" teqi üzrə xəbərlər
- Klassik avtomobil elektromobilə çevrildi
- Çində fırtına və daşqınlara qarşı möhtəşəm ixtira: Kareta-maşın yolları fəth edir
- Eynəklər kömək etmir, günlük xilas etmir: Gözqamaşdıran işığa qarşı işləyən altı fənd
- Mühərrikdə yağ təzyiqi: Normalar, yoxlama metodları və kənarlaşma səbəbləri
- İran-İsrail münaqişəsi Azərbaycanın avtomobil bazarını VURA BİLƏRMİ?