Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtaliya A Seriyası: "Napoli" dördüncü dəfə ölkə çempionu oldu
İtaliya A Seriyasında mövsümün qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, son tura qədər çempionluq uğrunda lider "Napoli" və ondan bir xal geri qalan "İnter" mübarizə aparıb.
Hər iki klub 38-ci turu itkisiz başa vurub. Neapol təmsilçisi ev oyununda "Kalyari"ni 2:0 hesabı ilə məğlub edib. Milan klubu isə səfərdə "Komo"ya 2:0 hesabı ilə qalib gəlib.
Beləliklə, xallarını 82-yə çatdıran "Napoli" skudettoya sahib çıxıb. Aktivində 81 xal olan "İnter" isə mövsümü ikinci pillədə tamamlayıb.
Qeyd edək ki, "Napoli" sonuncu dəfə 2022/2023 mövsümündə çempion olmuşdu. Komanda ümumilikdə dörd dəfə birincilik yaşayıb.
Bu gün İtaliya A Seriyasının XXXVIII turuna iki görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə keçiriləcək iki görüş İtaliya A Seriyasında qalibin adına aydınlıq gətirəcək.
"İnter" "Komo" ilə, "Napoli" isə "Kalyari" ilə qarşılaşacaq.
Aktivində 79 xalı olan "Napoli" qələbə qazanaraq bir xal fərqlə geridə olan "İnter"i qabaqlamağa çalışacaq.
78 xalı olan "İnter" isə "Napoli"nin büdrəməsi ehtimalını nəzərə alaraq görüşdən maksimum nəticə ilə ayrılmaq istəyir.
"Napoli" görüşü qələbə ilə başa vuracağı təqdirdə İtaliya A Seriyasının qalibi olacaq. Heç-heçə edəcəyi, yaxud uduzacağı və "İnter" qələbə qazanacağı təqdirdə isə "İnter" çempionluğunu qeyd edəcək.
Xatırladaq ki, hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
23 may 2025
İtaliya A Seriyası
XXXVIII tur
Saat 22:45, "Komo" - "İnter";
Saat 23:45, "Napoli" - "Kalyari".