Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp: "ABŞ 100% Qrenlandiyanı əldə edəcək"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyanı əldə edəcəyinə dair tam əminliyini bildirib.
Oxu.Az xəbər verir ki,, o, bu açıqlamanı "NBC News" telekanalına müsahibəsində verib.
"Biz Qrenlandiyanı 100% əldə edəcəyik", - deyə o vurğulayıb.
Bununla belə, Tramp bunu hərbi güc olmadan etmək üçün yaxşı şansların olduğunu əlavə etsə də, heç nəyi istisna etmədiyini bildirib.
Bunun dünyaya hansı siqnalı verəcəyi barədə soruşulanda isə Tramp məsələnin onu narahat etmədiyini qeyd edib.
"Mən bu barədə düşünmürəm. Bu, məni narahat etmir. Qrenlandiya tamamilə fərqli məsələdir. Bu, beynəlxalq sülh, təhlükəsizlik və güc məsələsidir", - deyə o vurğulayıb.
ABŞ prezidenti, həmçinin iddia edib ki, Qrenlandiya yaxınlığında Rusiya, Çin və bir çox digər ölkələrin gəmiləri üzür, buna görə də ABŞ dünyaya və ya özünə zərər verəcək hadisələrə icazə verməməlidir.
Xatırladaq ki, martın 13-də Tramp ölkəsinin Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı anneksiya edəcəyinə əmin olduğunu bildirib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Mask Mərkəzi Kəşfiyyat İdarəsində hesabat verdi
- Vaşinqton Rusiya neftinə qarşı yeni sanksiyaların əleyhinədir
- Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək imkanından danışdı
- Trampdan "TikTok"la bağlı sərt AÇIQLAMA: "Son 5 gün qaldı"