Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyənin vitse-prezidenti Azərbaycan baş nazirinə məktub ünvanlayıb
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədova məktub ünvanlayıb.
Oxu.Az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Baş nazir, əziz qardaşım, doğum günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuz üçün Sizə təşəkkür etmək istəyirəm. Qarşılıqlı yüksək səviyyəli intensiv səfərlərimiz və təmaslarımız, ölkələrimiz arasında müstəsna qardaşlıq əlaqələrimizin və gündən-günə inkişaf edən əməkdaşlığımızın ruhunu əks etdirir. Prezident İlham Əliyevin bir müddət əvvəl ölkəmizə səfəri və səfər zamanı açılışını etdiyimiz İğdır-Naxçıvan Qaz Kəməri bunun ən bariz nümunələrindən birini təşkil edir. Can Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı və həmrəyliyimizi həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda və regional mexanizmlərdə nümunəvi səviyyədə davam etdirməkdən məmnunuq. Münasibətlərimizi strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsi bizim "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdirdiyimiz qardaşlığımızın yeni nişanəsinə çevrilib. Şuşa Bəyannaməsi ilə yüksək səviyyəyə çatdırdığımız sarsılmaz dostluq və qardaşlıq tellərindən aldığımız güc-qüvvə ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi işinə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha qeyd etmək istəyirəm.
Fürsətdən istifadə edərək, Sizi və ailənizi Mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına can sağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram".
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazir dövlət rüsumu ilə bağlı qərarı təsdiqlədi
- AMEA-nın Naxçıvan bölməsi Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb
- Baş nazirdən dövlət agentliyində maaşlarla bağlı QƏRAR
- "Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları" təsdiqlənib
- Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi