ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə gözlənilən sazişi "tam və hərtərəfli" olaraq xarakterizə edib, həmçinin bunun iki ölkə arasında münasibətləri möhkəmləndirə biləcəyini qeyd edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth" sosial şəbəkəsində yazıb.
"Böyük Britaniya ilə saziş tam və əhatəli bir razılaşmadır və ABŞ-Böyük Britaniya münasibətlərini uzun illər ərzində möhkəmləndirəcək. Bundan sonra daha çox razılaşmalar olacaq, hansı ki, indi danışıqların ciddi mərhələsindədir", - deyə o bildirib.
Trampın sözlərinə görə, Böyük Britaniya ehtimal ki, mümkün ticarət sazişinin bağlanacağı ilk ölkə olacaq.