ABŞ lideri Donald Tramp ölkənin yaxın vaxtlarda quru yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyatlara başlayacağını bəyan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
"Deyə bilərəm ki, su marşrutları ilə daşınan narkotiklərin həcmi 97% azalıb. Çox yaxın zamanda quru yolu ilə gələn narkotiklərlə də məşğul olacağıq. Onların haradan gəldiyini dəqiq bilirik", - deyə Tramp vurğulayıb.