Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tramp ABŞ-nin axmaqlar ölkəsinə çevrildiyini bəyan edib
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, ölkənin sakinləri axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsində yaşamaqdan yorulublar.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Siz (amerikalılar) axmaqlar ölkəsində yaşamaqdan yorulmusunuz. Biz axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsinə çevrilmişik", - deyə o, jurnalist Taker Karlsona müsahibəsində bildirib. Söhbət Arizona ştatının Qlendel şəhərində tamaşaçıların iştirakı ilə aparılıb. O, həmçinin hazırkı Prezident Co Baydeni ABŞ-nin inkişafına mane olduğuna görə "axmaq yaramaz" adlandıraraq tənqid edib.
ABŞ-də növbəti ümumi seçki noyabrın 5-də keçiriləcək. Prezident postu uğrunda Tramp və Kamala Harris mübarizə aparacaqlar. Tramp ABŞ-nin 45-ci prezidenti (2017-2021) olub.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ prokurorları Trampa mane olmağa hazırlaşırlar
- Tramp "düşmən"lərindən qisas almağa başladı: Kimləri işdən çıxarmaq niyyətindədir?
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Trampa seçkidə uduzan Kamala Harris məğlubiyyətdən sonra hara yoxa çıxıb? - Ağ Evdən açıqlama
- Tramp gitara satışına başladı
Rəylər