Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəhidin döyüş yoldaşı: "Ona dedim ki, səni itirmək istəmirəm"
Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən Ələkbər Babayevin döyüş yoldaşı Ağahüseyn Musayev təəssüratlarını bölüşüb.
O, Oxu.Az-a açıqlamasında bildirib ki, Ə.Babayev çox döyüşkən və qeyrətli bir insan olub.
"Həddən artıq saf biri idi, ona dedim, döyüşmə, evə get. Təkid etdim ki, səni itirmək istəmirəm. Amma sonradan eşitdim ki, Tərtərdə şəhid olub. Şəhidlik ən uca zirvədir, Allah ona nəsib etdi", - A.Musayev qeyd edib.
Məhərrəm Əliyev
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib
- Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib
- Birinci Qarabağ müharibəsinin üç şəhidi bu gün dəfn olunacaq
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar
Ən çox oxunanlar