"Qrenlandiya ABŞ-yə mineral ehtiyatlarına nəzarət etmək üçün deyil, milli təhlükəsizlik üçün lazımdır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib.
"Bizə Qrenlandiya milli təhlükəsizlik səbəbləri üçün lazımdır. Faydalı qazıntılar üçün yox. ABŞ-nin çoxlu mineral yatağı və nefti var. Qrenlandiya sahillərinə baxsanız, hər yerdə Rusiya və Çin gəmilərinin hərəkətini görürük. Ada bizə milli təhlükəsizlik üçün lazımdır, buna sahib olmaq lazımdır", - deyə Tramp vurğulayıb.
Eyni zamanda, o, Danimarkanın adanın işlərindəki rolunu pisləyib. Tramp Kopenhagenin bu məqsədlər üçün lazımi vəsait ayırmadığı və Qrenlandiyaya "hərbi müdafiə" təmin etmədiyi fikrini bildirib.