Amerikalı milyarder və respublikaçı Donald Tramp çərşənbə axşamı 2016-c il prezident seçkilərində iştirakı niyyətini elan edəcək, bu barədə Associated Press agentliyi bildirib.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, biznesmen müvafiq bəyanatla Amerika vaxtı ilə 11:00-da Tramp-Tower göydələnində çıxış edəcək, bu göydələn Tramp və Equitable Life Assurance Company tərəfindən inşa edilib.
“Sabah Amerika üçün həqiqətən böyük gün olacaq. Amerikanı yenidən ən qüdrətli edək”, - Tramp Twitter-də yazıb.
Biznesmenin bir çox abunəçiləri ona uğurlar arzu edərək öz dəstəklərini ifadə ediblər.
Bazar ertəsi Tramp İnstagram səhifəsində ABŞ prezidentliyinə namizədliyə rəsmi mübarizəyə başlayan Corc Buş-kiçik və Ceb Buşun fotoşəklini paylaşıb.
“Yəni bizə Ağ evdə həqiqətənmi ikinci Buş lazımdır? Onlardan bu qədər yetər”, - milyarder yazıb.