Ermənistan məktəbliləri iyunun 20-29-da Bakıda keçiriləcək “Kimya” üzrə 47-ci Beynəlxalq Olimpiadada iştirak etməyəcək.
Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə çərşənbə axşamı Ermənistanın elm və təhsil naziri Armen Aşotyan bildirib.
Onun sözlərinə görə, Olimpiadada iştirak etmək üçün ərizələr iyunun 15-dək verilməli idi:
“Ancaq Olimpiadanın keçirildiyi ölkə olan Azərbaycan təhlükəsizliyimizə təminat verməyib. Azərbaycan bildirib ki, bu məsələ ilə I Avropa Oyunları başa çatandan sonra məşğul olacaq”.
“Ermənistanın Elm və Təhsil Nazirliyinin mətbuat xidməti erməni məktəblilərini Bakıda keçiriləcək 47-ci Beynəlxalq “Kimya” Olimpiadasında iştirak edəcəyini açıqlamışdı. Məlumatda qeyd olunmuşdu ki, tədbirdə iştirak edəcək Ermənistan komandası hazırlıq işləri görür. Bundan başqa onları Bakıya səfərdə Ermənistanın elm və təhsil naziri müşayiət edəcək”, - Aşotyan bildirib.