2015-ci ilin ilk beş ayı ərzində Azərbaycanda xam neft hasilatı (qaz kondensatı daxil olmaqla) 17 635,8 min ton dəyərində qeydə alınıb. Bu da əvvəki ilin müvafiq dövrünə nisbətən 0,8 % azdır.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci il iyunun 1-nə olan hazır məhsul ehtiyatı isə 260,1 min ton təşkil edir.
Bundan başqa, yanvar- may ayları ərzində 12 187,8 kub metr təbii qaz hasil edilib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4,7 % azdır.
Qeyd edək ki, bir müddət əvvəl Energetika naziri Natiq Əliyev “Xəzər Neft və Qaz” konfransında bildirmişdi ki, Azərbaycan neft hasilatını sabit saxlamaq niyyətindədir:
“O, bildirmişdi ki, hazırda Azərbaycanda 42 milyon ton neft, 29 milyard kubmetr qaz hasil edilib.
“Qaz istehsalını 2 dəfə artırmaq, neft hasilatını isə hələlik sabit saxlamaq niyyətindəyik”, - deyə nazir əlavə etmişdi.
Ülviyyə R. Əli
www.oxu.az