Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tramp ABŞ səmasında naməlum pilotsuz təyyarələrin vurulmasını təklif edib
ABŞ-nin yen seçilmiş Prezidenti Donald Tramp Nyu-Cersi və Nyu-York ştatları üzərində müşahidə edilən naməlum pilotsuz uçuş aparatlarının, ölkə hakimiyyəti onlar haqqında daha ətraflı məlumat açıqlamadığı təqdirdə, vurulmasını təklif edib.
Oxu.Az bildirir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Ölkə boyu sirli dronlar müşahidə edilib. Bu həqiqətən hökumətimizin xəbəri olmadan baş verə bilərmi? Mən belə düşünmürəm! İctimaiyyətə indi açıqlayın! Əks halda - onları vurun!" - deyə o qeyd edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün brifinqdə bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqat Bürosu Nyu-Cersi üzərindəki pilotsuz təyyarələr məsələsi ilə məşğul olur. O qeyd edib ki, ABŞ hakimiyyəti bu problemə ciddi yanaşır.
Daha əvvəl standart həvəskar aparatlardan daha böyük olan sirli dronlar xüsusi əhəmiyyətli obyektlərin, o cümlədən Morris dairəsindəki "Picatinny Arsenal" hərbi obyektinin (silahlanma sahəsində tədqiqat və inkişafla məşğul olur) və ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın Bedminsterdəki qolf klubunun yaxınlığında müşahidə edilib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Ən azı 18 ştat Trampın ABŞ vətəndaşlığına qoyduğu məhdudiyyətlərə qarşı məhkəmə iddiası qaldırıb
- Mask ilk dəfə üç övladının anası ilə ictimaiyyət qarşısına çıxdı
- Tramp ABŞ tarixində ən yaşlı prezident oldu
- Tramp: "İranla əməkdaşlıq edənlərin ABŞ ilə iş görmək hüququ yoxdur"
- ABŞ-nin bütün ştatlarında ölüm hökmü geri qayıdır
Rəylər