Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandanın paytaxtı Kiqali şəhərində bu ölkənin xarici işlər üzrə daimi katibi Klementine Mukeka ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi üzrə həyata keçiriləcək tədbirlər, ikitərəfli əməkdaşlıq müzakirə edilib.
Vurğulanıb ki, Heydər Əliyev Fondu ilə Afrika ölkələri arasında gələcək faydalı əməkdaşlıq münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Leyla Əliyeva, həmçinin Ruandanın gənclər və incəsənət naziri Sandrine Umutoni ilə görüşüb. Azərbaycan ilə Ruanda arasında mədəni əlaqələrə dair, təhsil sahəsində, eləcə də gənclərin mübadilə proqram çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdəki layihələrin xalqlar arasında münasibətlərə müsbət təsiri qeyd edilib. Müxtəlif mövzulara dair sərgilərin təşkili kimi tədbirlərin xalqlarımızın bir-birini daha yaxından tanımalarına imkan yaradacağı bildirilib.
"Heydər Əliyev Fondu" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib
- Leyla Əliyeva və Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət ediblər
- Leyla Əliyeva Torpaq çərşənbəsi ilə bağlı paylaşım etdi