ABŞ Prezidenti Donald Tramp xalqa müraciət edəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, amerikalı lider bu barədə "Truth Social" platformasında yazıb.
O, müraciətin iyulun 16-da Şərq vaxtı ilə saat 21:00-a (Bakı vaxtı ilə 17 iyul, saat 05:00 - red.) planlaşdırıldığını dəqiqləşdirib. Bununla belə, Tramp çıxışı zamanı hansı mövzulara toxunacağını açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl Tramp İranda hərbi əməliyyatların bərpası barədə Konqresə rəsmən məlumatlandırıb.
Qaynar xətt:
(055) 224 12 12