ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşü müsbət qiymətləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.
"Görüş yaxşı keçdi", - deyə Tramp Oval kabinetdə jurnalistlərin Zelenski ilə görüşü qiymətləndirməsi ilə bağlı sualını cavablandırarkən bildirib.
"Mən onun müharibəni bitirməsini istəyirəm. Hər şey bu qədər sadədir", - deyə ABŞ prezidenti əlavə edib.
Trampın sözlərinə görə, o, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı yola gedir.