ABŞ Prezidenti Donald Tramp Ayın Birləşmiş Ştatlara məxsus olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, o, "Truth Social" platfotrmasında üzərində "Ay bizimdir" ("The Moon is ours") yazısı və sonunda ABŞ bayrağı olan Ayın fotosunu paylaşıb.

O, ötən il ABŞ-nin 2028-ci ilə qədər Aya kosmonavt göndərməyi planlaşdırdığını bildirib. Trampın sözlərinə görə, məqsəd "kosmosda ABŞ-nin liderliyini təsdiqləmək", həmçinin Ay iqtisadiyyatının inkişafı üçün zəmin yaratmaq və Marsa səyahətə hazırlaşmaqdır.
Onun sözlərinə görə, ABŞ 2030-cu ilə qədər Ayda daimi forpost yaratmağı, həmçinin orada nüvə reaktoru yerləşdirməyi planlaşdırır.
Aya ilk ayaq basan insan 20 iyul 1969-cu ildə "Apollo 11" missiyası çərçivəsində amerikalı astronavt Nil Armstronq olub. İnsanların Aya son enişi isə 1972-ci ilin dekabrında "Apollo 17" missiyası zamanı baş verib. Həmin vaxtdan bəri insanlar Ayın səthinə enməyiblər.