Hind okeanı üzərində diametri təxminən bir metr olan asteroid Yerin atmosferinə daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə RBK-ya Rusiya Coğrafiya Cəmiyyətinin Krasnodar bölməsinin Astronomiya və Kosmonavtika Mərkəzinin rəhbəri Aleksandr İvanov məlumat verib.
Onun sözlərinə görə, səma cisminin İndoneziyanın Bali adasından təxminən 600 km cənubda düşməsi gözlənilir.
O qeyd edib ki, meteorit planetin seyrək məskunlaşmış hissəsinə düşəcəyi üçün zərər vurması gözlənilmir.
"Ümumilikdə, belə cisimlərin düşdüyü region üçün təhlükənin yaranması üçün onların ölçüsünün 5-10 metr olması lazımdır. Məhz belə cisimlər müəyyən dərəcədə regional təhlükə yaradır", - deyə İvanov bildirib.