ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, BMT böyük potensiala malikdir, lakin hələ ki, az fayda gətirir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə respublikaçının Florida ştatında keçirilən mətbuat konfransındakı nitqinə istinadən “The Washington Post” yazıb.
“BMT-nin böyük potensialı var, o bunu doğrultmur”, – deyə Tramp “ABŞ-ın təşkilatın işində iştirakının azaldılmasını lazım bilirsinizmi?” sualına cavabında bildirib.
“Siz nə zaman görmüsünüz ki, BMT problem həll etsin, belə şey olmayıb, o əksinə problem yaradır”, – deyə Tramp bildirib.
A.M.