Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp Dövlət Departamentində və səfirliklərdə ixtisarlara gedir?
ABŞ Dövlət Katibi Marko Rubio Dövlət Departamentinin və Afrika ölkələrindəki səfirliklərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı iddiaları təkzib edib.
Oxu.Az xəbər verir ki, o bu barədə "X"sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu saxta xəbərdir. "New York Times" yenə bir jurnalist yalanının qurbanı olub", - deyə Rubio vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp gələn həftə Dövlət Departamentinin və ABŞ-nin Afrikadakı səfirliklərinin fəaliyyətinin ixtisar edilməsi ilə bağlı sərəncam imzalaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumata görə, fərman Dövlət Departamentinin köklü şəkildə yenidən qurulmasını, o cümlədən Afrika qitəsinin bir çox ölkələrində ABŞ səfirliklərinin bağlanmasını nəzərdə tutur.
Sərəncamda, həmçinin iqlim dəyişikliyi, miqrasiya və insan hüquqları ilə məşğul olan büronun ixtisar edilməsi ilə bağlı məlumat var.