ABŞ prezidenti Donald Tramp bir çox xarici dövlət başçıları ilə telefonla danışaraq, onları Rusiyaya qarşı ölçülərə, o cümlədən Rusiyalı diplomatların qovulması kampaniyasına qoşulmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Rac Şah jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Bu əlaqələndirilmiş bir addım idi. Prezident bunu bir çox xarici liderlərlə, bizim avropalı tərəfdaşlarımızla müzakirə edib və onları diplomatların qovulması məsələsində ABŞ-a dəstək olmağa çağırıb” deyə sözçü bildirib.
F.M.
www.oxu.az
Rəylər