ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Tehranın nüvə sazişi üzrə danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" platformasındakı hesabında paylaşım edib.
ABŞ lideri paylaşımda hərbi əməliyyatlar fonunda əlində avtomatla təsvir olunub.
"Artıq yaxşı oğlan olmayacaq!", - deyə fotonun üzərində yazılıb.

"İran heç cür gücünü toplaya bilmir. Onlar qeyri-nüvə əməkdaşlıq sazişini necə imzalayacaqlarını bilmirlər. Yaxşı olar ki, onlar tezliklə ağıllansınlar!", - deyə o, paylaşımda yazıb.
Qaynar xətt:
(055) 224 12 12