Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp ilə məhkəmə hakimləri arasında MÜBARİZƏ QIZIŞIR
Donald Trampın prezidentlik müddətinin başlamasından cəmi iki ay sonra ABŞ lideri artıq məhkəmələrdə onun siyasi qərarlarını mübahisə predmetinə çevirən 150-dən çox iddiaya qarşı mübarizə aparır.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadla xəbər verir.
Məlumatda deyilir ki ABŞ-nin bütün ərazisi boyu hakimlər administrasiyanın əleyhinə tez-tez qərarlar çıxarırlar və bəzi hallarda prezidentin Konqresin razılığı olmadan hərəkət edərək, ola bilsin səlahiyyətlərini aşdığına ehyam vururlar.
Eyni zamanda, iddiaların böyük bir hissəsi miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlıdır. Həmçinin, dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılması məsələləri tez-tez məhkəmələrdə mübahisə mövzusu olur.
D.Tramp Administrasiyası getdikcə daha çox məhkəmə əmrlərinə tabe olmamaqda və qanunlara lazımi şəkildə riayət etməməkdə ittiham olunur.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Hindistan İrəvana hansı sursatları göndərib?
- ABŞ Suriyanı tərk edir? - Qoşunların çıxarılmasına start verildi
- ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin imzalanma tarixi açıqlandı
- Tramp bu həftə Rusiyadan cavab gözləyir
- Mirzoyan: "Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maraq göstərir"