"Əgər İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərini öz ərazisinə buraxmasa, Vaşinqton bu ölkə ilə danışıqları davam etdirməyəcək".
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Onlar səhv edirlər. Əgər onların haqlı olduğu məlum olsa, mən dərhal danışıqlardan çəkiləcəyəm", - deyə Tramp Vaşinqtonda jurnalistlərə bildirib.
Ağ Evin rəhbəri əmin edib ki, əvvəllər Vaşinqton Tehrandan bu cür yoxlamaların keçiriləcəyinə dair təminat alıb. Onun sözlərinə görə, BAEA ekspertləri öz işlərini "lazımi vaxtda" yerinə yetirəcəklər.