ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hökuməti Yaxın Şərqdəki ABŞ obyektlərinə endirilən zərbələrə görə üzr istəyib, lakin Vaşinqton hər halda bu hücumlara cavab vermək niyyətindədir.
Oxu.Az bu barədə "Interfax" agentliyinə istinadən xəbər verir.
"Onlar artıq üzr istəyiblər. Amma bilirsiniz, biz onları bir az cəzalandırmalıyıq", - deyə o, Ağ Evdə jurnalistlərin İranın regiondakı ABŞ qüvvələrinə qarşı son hücumları ilə bağlı sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, İran tərəfi bunu etməməyi xahiş edir.
"Biz onlara çox ağır zərbə endirməyə hazırlaşırıq, çünki indi vurmaq növbəsi bizimdir. Onlar bunun baş verəcəyini bilirlər", - deyə Tramp əlavə edib.