ABŞ İranın pilotsuz uçuş aparatları (PUA) qədər effektiv və ucuz başa gələcək dronlar istehsal etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz təyyarələr, raketlər, PUA-lar istehsal edəcəyik, onlar dünyada ən yaxşı olacaqlar. Ümid edirəm ki, onlar baha olmayacaq. İrana baxın, onlar cəmi 35-40 min dollara yaxşı dronlar düzəldirlər. Mən dedim ki, 41 milyon dollara yox, 35-40 min dollara dronlar istəyirəm. Bu, sürətli və ölümcül silahdır, Rusiya-Ukrayna münaqişəsinə baxın", - deyə Tramp Dohada ABŞ və Qətərin iş adamları ilə görüşündə qeyd edib.