ABŞ Prezidenti Donald Tramp Tehranın öz nüvə proqramını müddətsiz dayandıracağını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.
D.Tramp agentliyə verdiyi müsahibəsində İranın nüvə proqramına 20 illik moratoriumun tətbiq edilməsi barədə sualı cavablandırarkən deyib: "Bu, illərlə deyil, qeyri-məhdud (müddətsiz) olacaq".
Ağ Ev rəhbəri İranla tezliklə sazişin bağlanacağını gözlədiyini bildirib və sənədin əksər müddəalarının artıq razılaşdırıldığını vurğulayıb. Tehran tərəfi hələlik Donald Trampın iki ölkə arasındakı mümkün saziş barədə səsləndirdiyi bu fikirləri şərh etməyib.
ABŞ Prezidenti Donald Tramp 17 aprel tarixində verdiyi bəyanatda İran hakimiyyətinin uranın zənginləşdirilməsini dayandırmağa razılıq verdiyini iddia edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "NewsNation" telekanalına müsahibəsində bildirib.
Ağ Evin rəhbəri "İran uranın zənginləşdirilməsini dayandırmağa razıdırmı?" sualına rəsmən "Bəli" cavabını verib. Onun sözlərinə görə, İslam Respublikasının bu qərarı onu heç də təəccübləndirmir.
Telekanal qeyd edib ki, hazırda bu məlumatla bağlı İran tərəfindən rəsmi bir təsdiq daxil olmayıb.