"Natanz yaxınlığındakı ehtimal edilən yeni nüvə obyektində fəaliyyət davam edəcəyi təqdirdə, Vaşinqton İrana sarsıdıcı zərbə endirə bilər".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp milli qurultayda çıxışında deyib.
"Kirka dağında müəyyən hərəkətlilik müşahidə edirik. İrana hiyləgərlik etməməyi məsləhət görərdim, əks halda onlara çox ağır zərbə vurmağa məcbur olacağıq. Başqa yolumuz yoxdur", - deyə Tramp ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkisi ərəfəsində hakim Respublikaçılar Partiyasının Dallasdakı milli qurultayında çıxışı zamanı qeyd edib.
Ağ Ev lideri Birləşmiş Ştatların birbaşa Kirka dağına da zərbə endirə biləcəyini istisna etməyib. "Kiminsə dediyinə görə, obyektdə kiçik bir fəaliyyət var. Ehtimal ki, oraya da zərbə endirməli olacağıq", - deyə o əlavə edib.