Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp Kanada və Qrenlandiyanın ABŞ-yə birləşdirilməsindən danışdı: "Zarafat etmirəm"
ABŞ Prezidenti Donald Tramp Kanada və Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması ilə bağlı zarafat etmədiyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, Tramp bu barədə "Time" jurnalına müsahibəsində deyib.
"Həqiqətən, zarafat etmirəm", - deyə o, bu ərazilərin ilhaqının zəruriliyi ilə bağlı verdiyi bəyanatların nə dərəcə ciddi olduğuna dair jurnalistin müvafiq sualını cavablayıb.
"Kanada maraqlı bir hadisədir. Biz (ABŞ) Kanadanı dəstəkləməklə ildə 200-250 milyard dollar itiririk. Biz onların hərbi sahəsini, kanadalıların həyatlarının bütün aspektlərini öz üzərimizə götürürük...", - deyə Tramp qeyd edib.
O vurğulayıb ki, Vaşinqtonun şimal qonşusuna münasibətdə belə bir siyasət yürütməyə davam etməsinin yeganə variantı Kanadanın ABŞ-yə qoşulması olacaq.
Qrenlandiya haqqında danışarkən o qeyd edib ki, ərazinin ABŞ-nin tərkibinə daxil olması ada sakinlərinə iqtisadi fayda gətirəcək. Vaşinqton üçün isə Qrenlandiya öz təhlükəsizliyinin təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Ağ Ev rəhbəri həmçinin "Time"in müvafiq sualına cavabında bildirib ki, o, ABŞ-nin ərazisini genişləndirən prezident kimi xatırlanmasına qarşı deyil.
Tramp dəfələrlə fikir bildirib ki, Kanadanın bir çox sakini öz ölkələrinin ABŞ-nin 51-ci ştatı olması mövqeyindən çıxış edirlər. O hesab edir ki, belə bir birləşmə Kanadaya iqtisadi sabitlik gətirəcək və onu xarici təhlükələrdən qoruyacaq, hansı ki, Trampın iddiasına görə, bu təhlükələr əsasən Rusiya və Çindən gəlir. Kanadanın Baş naziri Mark Karni isə cavabında ölkəsinin heç vaxt, heç bir formada ABŞ-nin tərkibinə daxil olmayacağını bəyan edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Məşhur nəşr Trampın ərəb ölkələrinə səfərindən yazdı: Bir trilyon dollarlıq müqavilələr imzalanacaq
- "The Times": "Putin Türkiyədə keçiriləcək danışıqlarda Ukraynanın kapitulyasiyasını tələb edəcək"
- Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsünü dəstəkləyib
- Tramp: "ABŞ tarixində ən mühüm sərəncamlardan birini imzalayacağam"
- Ukrayna rəsmisi: Zelenski Rusiya atəşkəsə razılaşmasa belə, İstanbula səfər edəcək